AZ

"Qarabağ" - "Ferentsvaroş" oyununa satılan bilet sayı...

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Ferentsvaroş" (Macarıstan) oyununa satılan bilet sayı açıqlanıb.

News24.az xəbər verir ki, Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyevin Report-a açıqlamasında qarşılaşmaya 30 minə yaxın biletin satıldığını bildirib.

O bildirib ki, yaxın müddət ərzində biletlərin tükənməsi istisna edilmir:

“Matç üçün bilet qiymətləri 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir. VVIP C və VVIP D sektoru üçün nəzərdə tutulan biletlərin qiyməti isə 300 manatdır”.

Qeyd edək ki, "Qarabağ" - "Ferentsvaroş" matçı avqustun 27-də, Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də start götürəcək. Səfərdə gerçəkləşən ilk oyunda "köhlən atlar" qələbə qazanıb - 3:1.


Seçilən
96
25
news24.az

10Mənbələr