AZ

“Qarabağ”ın oyununa satılan bilet sayı açıqlandı

BAKI, 23 avqust. TELEQRAF

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Ferentsvaroş" (Macarıstan) oyununa satılan bilet sayı açıqlanıb.

Teleqraf Ağdam təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, qarşılaşmaya 28 800 bilet satılıb.

Matç üçün bilet qiymətləri 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir.

VVIP C və VVIP D sektoru üçün nəzərdə tutulan biletlərin qiyməti isə 300 manatdır.

Qeyd edək ki, “Qarabağ" - "Ferentsvaroş" matçı avqustun 27-də, Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də start götürəcək. Macarıstanda keçiriləm ilk oyunda "köhlən atlar" 3:1 hesablı qələbə qazanıb.

Seçilən
12
24
teleqraf.com

10Mənbələr