AZ

Ağdamda əkin sahəsində yanğın törədən şəxs saxlanılıb

Avqust ayının 23-də Ağdam rayonunun Əfətli kəndinin ərazisində əkin sahəsində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub. 

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Operativ Media-ya bildirilib ki, araşdırmalarla yanğını  64 yaşlı Nuşrəvan Əliyevin törətdiyi məlum olub. Hadisə nəticəsində 1 hektar ərazidə ərazidə quru ot və kol-kos yanıb.
Həmin şəxs saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Seçilən
71
3
operativmedia.az

10Mənbələr