AZ

Ağdamda əkin sahəsində yanğın törətməkdə şübhəli bilinən şəxs saxlanılıb

Avqustun 23-də Ağdam rayonunun Əfətli kəndinin  əkin sahəsində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub...

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, araşdırmalarla yanğını 64 yaşlı Nuşrəvan Əliyevin törətdiyi məlum olub.

Hadisə nəticəsində 1 hektar ərazidə ərazidə quru ot və kol-kos yanıb. Həmin şəxs saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Poliqon.info 

Seçilən
61
25
poliqon.info

10Mənbələr