İtaliyanın "Roma" klubu Polşa təmsilçisi "Legiya"nın müdafiəçisi Yan Siolkovskini transfer etməyə yaxındır.
"Report" xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Canavarlar" müqavilə müddəti 2028-ci ildə başa çatacaq 20 yaşlı oyunçunu sıralarına cəlb etməkdə israrlıdır. Siolkovski özü də A Seriyasında çıxış etməyə müsbət yanaşır. Futbolçu ilə bağlanacaq sözləşmənin şərtləri razılaşdırılıb.
Qeyd edək ki, Yan Siolkovski ötən mövsüm bütün yarışlarda 28 matçda 2 qol vurub və 2 məhsuldar ötürmə edib.