AZ

"Roma" Polşa çempionatında çıxış edən futbolçunu transfer etməyə yaxındır

İtaliyanın "Roma" klubu Polşa təmsilçisi "Legia"nın müdafiəçisi Yan Ziolkovskini transfer etməyə yaxındır.

"Report" xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Canavarlar" müqavilə müddəti 2028-ci ildə başa çatacaq 20 yaşlı oyunçunu sıralarına cəlb etməkdə israrlıdırlar. Ziolkovski özü də A Seriyasında çıxış etməyə müsbət yanaşır. Futbolçu ilə bağlanacaq sözləşmənin şərtləri razılaşdırılıb.

Qeyd edək ki, Yan Ziolkovski ötən mövsüm bütün yarışlarda 28 matçda 2 qol vurub və 2 məhsuldar ötürmə edib.

Seçilən
5
3
report.az

4Mənbələr