AZ

Şəmkir sakini Rusiya-Ukrayna müharibəsində həlak olub

Rusiya-Ukrayna müharibəsində Rusiya tərəfindən döyüşlərdə iştirak edən Şəmkir sakini həlak olub.

Demokrat.az APA-ya istinadən xəbər verir ki, Şəmkir şəhərində anadan olmuş, Rusiya vətəndaşı, 1989-cu il təvəllüdlü Rasim Kazımov may ayında gedən döyüşlər zamanı həlak olub.

O, bu ilin fevral ayında Rusiya ilə Ukrayna arasında gedən döyüşlərə qatılıb. Mərhumun yaxınları bildirilib ki, Rasim Kazımovun həlak olması ilə bağlı onlara 1 gün əvvəl məlumat verilib.

Rasim Kazımovun meyitinin yaxın günlərdə Şəmkirə gətirilməsi nəzərdə tutulub.

Seçilən
11
27
demokrat.az

10Mənbələr