Rusiya-Ukrayna müharibəsində Rusiya tərəfindən döyüşlərdə iştirak edən Şəmkir sakini həlak olub.
KONKRET.az APA-ya istinadla xəbər verir ki, 1989-cu il təvəllüdlü Rusiya vətəndaşı Rasim Kazımov may ayında gedən döyüşlər zamanı öldürülüb.
Bu ilin fevral ayında o, Rusiya ilə Ukrayna arasında gedən döyüşlərə qatılıb. Mərhumun yaxınları bildirilib ki, Rasim Kazımovun həlak olması ilə bağlı onlara 1 gün əvvəl məlumat verilib.
Meyitin yaxın günlərdə Şəmkirə gətirilməsi nəzərdə tutulub.
Rusiya-Ukrayna döyüşlərində həlak olan Rasim Kazımov subay olub.