AZ

Rusiya Ukrayna müharibəsinin daha bir qurbanı Şəmkirdə dəfn olunacaq

ain.az bildirir, Yenisabah portalına istinadən.

Rusiya-Ukrayna müharibəsində Rusiya tərəfindən döyüşlərdə iştirak edən Şəmkir sakini həlak olub.

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, 1989-cu il təvəllüdlü Rusiya vətəndaşı Rasim Kazımov may ayında gedən döyüşlər zamanı öldürülüb.

Bu ilin fevral ayında o, Rusiya ilə Ukrayna arasında gedən döyüşlərə qatılıb. Mərhumun yaxınları bildirilib ki, Rasim Kazımovun həlak olması ilə bağlı onlara 1 gün əvvəl məlumat verilib. pizza hut

Meyitin yaxın günlərdə Şəmkirə gətirilməsi nəzərdə tutulub.

Rusiya-Ukrayna döyüşlərində həlak olan Rasim Kazımov subay olub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
35
27
yenisabah.az

10Mənbələr