Ukraynada “MiQ-29” qırıcı təyyarəsi qəzaya uğrayıb.
News24.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə avqustun 23-nə keçən gecə qeydə alınıb.
Belə ki, “MiQ-29” döyüş tapşırığını yerinə yetirdikdən sonra eniş edərkən qəzaya düşüb. Nəticədə təyyarənin pilotu mayor Sergey Bondar həlak olub.
Hazırda hadisənin səbəbləri araşdırılır.