EN

Ukraynada qırıcı təyyarə qəzaya düşdü, pilot öldü

Ukraynada “MiQ-29” qırıcı təyyarəsi qəzaya uğrayıb.

News24.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə avqustun 23-nə keçən gecə qeydə alınıb.

Belə ki, “MiQ-29” döyüş tapşırığını yerinə yetirdikdən sonra eniş edərkən qəzaya düşüb. Nəticədə təyyarənin pilotu mayor Sergey Bondar həlak olub. 

Hazırda hadisənin səbəbləri araşdırılır.


Chosen
46
3
news24.az

4Sources