Türkiyədə dolların məzənnəsində yeni rekord qeydə alınıb.
Gundem.az xəbər verir ki, dollar/lirə məzənnəsi bir qədər də yüksələrək 41 həddini keçib.
Bu gün birjalarda bir dollar 41 lirədən baha satılıb.
Son bir ayda dollar lirəyə nəzərən 1,5 faiz, son 3 ayda 5 faiz, son bir ildə isə 21 faiz bahalaşıb.
Xatırladaq ki, dollar 40 lirə həddini 2025-ci ilin iyulunda, 39 həddini isə bu ilin mayında keçmişdi.
Bir il əvvəl dollar 34 lirə idi.