RU

Türkiyədə dollar yeni rekordu qırıb

Türkiyədə dolların məzənnəsində yeni rekord qeydə alınıb. 

Gundem.az  xəbər verir ki, dollar/lirə məzənnəsi bir qədər də yüksələrək 41 həddini keçib. 

Bu gün birjalarda bir dollar 41 lirədən baha satılıb. 

 

Son bir ayda dollar lirəyə nəzərən 1,5 faiz, son 3 ayda 5 faiz, son bir ildə isə 21 faiz bahalaşıb. 

Xatırladaq ki, dollar 40 lirə həddini 2025-ci ilin iyulunda, 39 həddini isə bu ilin mayında keçmişdi.

 

Bir il əvvəl dollar 34 lirə idi. 

Избранный
9
gundem.az

1Источники