Bakı. TurkicWorld:
Ali təhsil müəssisələrinin bakalavriat pilləsi üzrə ixtisas seçiminin nəticələri elan edilib.
TurkicWorld xəbər verir ki, ixtisas seçimin nəticələri abituriyentlərin şəxsi kabinetlərinə göndərilib.
86 min 460 abituriyent ali təhsil müəssisələrinə elektron ixtisas seçimi ərizələrini təsdiq edib.
Qeyd edək ki, abituriyentlər bütün mobil operatorlardan iş nömrələrini 7727 nömrəsinə göndərməklə və ya DİM-in saytında şəxsi kabinetə daxil olaraq nəticələrini öyrənə bilərlər.