Ali məktəblərə ixtisas seçiminin nəticələri elan olunub.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, ali təhsil müəssisələrinin bakalavriat pilləsi üzrə ixtisas seçiminin nəticələri elan olunub.
Qeyd edək ki, ali təhsil müəssisələrinə ixtisas seçimi 19 avqust saat 23:59-da başa çatıb.
86 min 460 abituriyent ali təhsil müəssisələrinə elektron ixtisas seçimi ərizələrini təsdiq edib.