AZ

"Qarabağ" "Sumqayıt"a uduzdu

Misli Premyer Liqasında II turun daha bir oyunu keçirilib.

Sitat.info xəbər verir ki, günün ikinci matçında "Qarabağ" "Sumqayıt"ı qəbul edib.

"Azersun Arena"dakı qarşılaşma "gənclik şəhəri" təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:0.

Görüşdəki yeganə qolu 72-ci dəqiqədə Ronaldo Vaskez vurub.

"Sumqayıt" xallarının sayını 6-ya çatdırıb. Ağdam klubu isə hələ xalsızdır. "Köhlən atlar"ın ilk turda "Sabah"la oyunu təxirə salınmışdı.

Seçilən
25
15
sitat.info

10Mənbələr