Baku.ws saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Misli Premyer Liqasında II turun daha bir oyunu keçirilib.
Günün ikinci matçında "Qarabağ" "Sumqayıt"ı qəbul edib.
"Azersun Arena"dakı qarşılaşma "gənclik şəhəri" təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:0.
Görüşdəki yeganə qolu 72-ci dəqiqədə Ronaldo Vaskez vurub.
"Sumqayıt" xallarının sayını 6-ya çatdırıb. Ağdam klubu isə xalsızdır. "Köhlən atlar"ın ilk turda "Sabah"la oyunu təxirə salınmışdı.
Qeyd edək ki, günün ilk matçında "Neftçi" "İmişli" ilə qolsuz heç-heçə edib. Turun digər qarşılaşmaları 23, 24 və 25 avqustda olacaq.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.