AZ

Abşeronda açıq sahədə yanğın 3 hektar ərazi zərər gördü

ain.az, Baku.ws saytına istinadən bildirir.

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonunun Ceyranbatan qəsəbəsində açıq sahədə yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə BAKU.WS-ə FHN-dən məlumat verilib.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb edilib.

FHN qüvvələrinin çevik müdaxiləsi sayəsində açıq ərazidə baş vermiş yanğın havanın küləkli olmasına baxmayaraq genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 3 ha sahədə quru ot və kol-kos yanıb. Ərazidəki ağaclar yanğından mühafizə edilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
79
18
baku.ws

10Mənbələr