AZ

Abşeronda daha bir YANĞIN VİDEO

ain.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Abşeron rayonunda açıq sahədə yanğın baş verib.Nazirliyin Mətbuat xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonunun Ceyranbatan qəsəbəsində açıq sahədə yanğın baş verməsi barədə məlumat daxil olub.Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb edilib.

 

FHN qüvvələrinin çevik müdaxiləsi sayəsində açıq ərazidə baş vermiş yanğın havanın küləkli olmasına baxmayaraq genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində 3 ha sahədə quru ot və kol-kos yanıb. Ərazidəki ağaclar yanğından mühafizə edilib.

Qeyd edək ki, bu gün Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində yerləşən boya istehsalı zavodunda yanğın baş verib.

Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
88
18
bizim.media

10Mənbələr