Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktor müavini Fərid Zeynalov vəzifəsindən azad edilib.
"Bakuinfo" Qaynarinfo.az-a istinadən xəbər verir ki, bu barədə nazir Anar Əliyev müvafiq əmr imzalayıb.
Fərid Zeynalov Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə (ETX) yeni rəhbər təyin edilib.
ETX-nin sabiq rəisi Samir Germanoviç Rəsulov isə müvafiq əmrlə vəzifəsindən azad olunub.
Qeyd edək ki, Samir Rəsulov 2023-cü ilin avqustunda ETX-nin rəisi təyin edilmişdi.