Axar.az saytından alınan məlumata görə, ain.az bildirir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktor müavini Fərid Zeynalov vəzifəsindən azad edilib.
Axar.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, bu barədə nazir Anar Əliyev müvafiq əmr imzalayıb.
Fərid Zeynalov Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə (ETX) yeni rəhbər təyin edilib.
ETX-nin sabiq rəisi Samir Germanoviç Rəsulov isə müvafiq əmrlə vəzifəsindən azad olunub.
Qeyd edək ki, Samir Rəsulov 2023-cü ilin avqustunda ETX-nin rəisi təyin edilmişdi.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.