AZ

Ərdoğan Makrovla danışdı: Ankara buna hazırdır!

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

Aktual.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi X sosial media hesabında məlumat yayıb.

Bildirilib ki, liderlər iki ölkə arasındakı əlaqələr, Rusiya və Ukrayna arasındakı sülh prosesi, Qəzzadakı son vəziyyət başda olmaqla bir çox regional və qlobal məsələləri müzakirə ediblər.

Ərdoğan Ukrayna - Rusiya müharibəsinin ədalətli sülhlə başa çatdırılması üçün Türkiyənin səylərini davam etdirdiyini, Alyaska və Vaşinqtondakı təmasları yaxından izlədiklərini bildirib.

Türkiyə lideri ölkəsinin Ukrayna ilə Rusiya arasında sülh danışıqlarında hər cür səylərə ev sahibliyi etməyə hazır olduğunu da vurğulayıb.

Söhbət zamanı Rəcəb Tayyib Ərdoğan böyük bir humanitar fəlakətin yaşandığı Qəzzada atəşkəsin təmin olunması üçün Türkiyənin çalışdığını qeyd edib.

Seçilən
40
8
ulusum.az

10Mənbələr