AZ

Ərdoğan Makronla Azərbaycan və Ermənistan arasındakı Vaşinqton sammitini müzakirə edib - Yenilənib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Fransa Prezidenti Emmanuel Makron Azərbaycan və Ermənistan arasında 8 avqustda Vaşinqton sammiti çərçivəsində əldə edilmiş razılaşmaları müzakirə ediblər...

"Report"un məlumatına görə, bu barədə Fransa prezidenti Emmanuel Makron "X" sosial şəbəkəsində məlumat verib.

"ABŞ Prezidenti Donald Trampın 8 avqustda keçirdiyi ErmənistanAzərbaycan arasındakı görüşü və yaranan ümidləri müzakirə etdik. Bütün sərhədlərin yenidən açılmasına və regional əməkdaşlığın gücləndirilməsinə imkan verəcək irəliləyişin davam etməsi vacibdir", - deyə Makron Rəcəb Tayyib Ərdoğanla telefon danışığının nəticələri barədə yazıb.

***

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

APA Türkiyə mətbuatına istinadən xəbər verir ki, tərəflər regional və qlobal məsələləri müzakirə ediblər.

Ərdoğan Türkiyənin Rusiya və Ukrayna arasında sülh danışıqlarında hər cür təşəbbüsə hazır olduğunu bildirib.

Türkiyə lideri ölkəsinin Rusiya-Ukrayna müharibəsinin ədalətli şəkildə sonlandırılması üçün səylərini davam etdirdiyini, Alyaska və Vaşinqtondakı təmasları yaxından izlədiyini bəyan edib.

Poliqon.info

Seçilən
11
4
poliqon.info

10Mənbələr