AZ

Paşinyan Vaşinqton razılaşması barədə danışdı: “Əminəm ki...”

Ayna portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Bu addımla biz yeni inkişaf gündəliyinə, inkişafın yeni ölçüsünə qədəm qoyduq”

Ermənistanın Baş naziri Nikol Paşinyan əmindir ki, 8 avqust tarixli Vaşinqton razılaşmaları ilə Ermənistan yeni inkişaf mərhələsinə qədəm qoyub. AYNA.AZ “Armenpress”ə istinadən bildirir ki, Paşinyan hökumətin iclasında belə deyib.

Baş nazir əvvəlcə Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması münasibətilə bütün hökumət üzvlərini təbrik edib: "Biz hökumət, genişləndirilmiş Təhlükəsizlik Şurası, respublika Prezidenti, parlamentdəki həmkarlarımız, eləcə də “Mülki Müqavilə” fraksiyası ilə bir sıra müzakirələr apardıq. Vaşinqtona getməzdən əvvəl mən onları dəvət etdim ki, məsləhətləşmələr aparaq, mətnləri müzakirə edək və təhlil edək. Və belə qənaətə gəldik ki, bu addım atılmalıdır".

“Görülən işlərə və prosesi dəstəklədiklərinə görə bütün hökumət üzvlərinə təşəkkür edirəm. Bu onların işinin xülasəsi deyil, başlanğıcıdır. Əminəm ki, bu addımla biz yeni inkişaf gündəliyinə, inkişafın yeni ölçüsünə qədəm qoyduq. Burada işimizin məzmunu və enerjisi daha yüksək olmalıdır. Bizim işimizin səmərəliliyi daha yüksək olmalıdır. Qarşıda çox iş var. Bu, konstruktiv, dinc, yaradıcı işdir. Biz hamımız bu işə mümkün qədər diqqət yetirməliyik", - Paşinyan əlavə edib.

Baş nazir vətəndaşların hökumətin nə etdiyini və bunu niyə etdiyini anlamaları üçün ictimai ünsiyyətin vacibliyini vurğulayıb: “Əgər bu uğurların mahiyyəti ictimaiyyətə aydın deyilsə, ən böyük nailiyyətlər belə problemlidir. Yaxın gələcəkdə hökumət üzvləri ictimai ünsiyyətə daha çox diqqət yetirməlidirlər”.

Paşinyan bütün hökumət üzvlərinə sülhün institutlaşdırılmasının bu yeni, yaradıcı mərhələsində uğurlar arzulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
1
ayna.az

2Mənbələr