Rusiya Federal Vergi Xidməti milyonçu-bloger Hüseyn Həsənovun şirkətinin ləğv edilməsi barədə qərar qəbul edib.
Referans Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, bloger şəxsi inkişaf kurslarını satmaq üçün “Banda” MMC-ni təsis edib. Şirkətin hüquqi ünvanının, eləcə də vəzifəli şəxslər haqqında məlumatların etibarsız olduğu iddia edilir. Şirkətin hesabları artıq bloklanıb.
Bundan əlavə, Həsənovun kurslarına qarşı ümumi məbləği 2 milyon 675 min rubl olan iki iddia qaldırılıb. Məlum olduğu kimi, Həsənov məhkəmə proseslərindən az əvvəl şirkətin təsisçiləri sırasını tərk edib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta