RU

Rusiya Hüseyn Həsənovu cəzalandırdı

  Rusiya Federal Vergi Xidməti milyonçu-bloger Hüseyn Həsənovun şirkətinin ləğv edilməsi barədə qərar qəbul edib.

Referans  Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları mənbələrə istinadən məlumat yayıb.

 
Bildirilir ki, bloger şəxsi inkişaf kurslarını satmaq üçün “Banda” MMC-ni təsis edib. Şirkətin hüquqi ünvanının, eləcə də vəzifəli şəxslər haqqında məlumatların etibarsız olduğu iddia edilir. Şirkətin hesabları artıq bloklanıb.

Bundan əlavə, Həsənovun kurslarına qarşı ümumi məbləği 2 milyon 675 min rubl olan iki iddia qaldırılıb. Məlum olduğu kimi, Həsənov məhkəmə proseslərindən az əvvəl şirkətin təsisçiləri sırasını tərk edib.  

Избранный
56
1
referans.az

10Источники