AZ

Tbilisidə tramvaylar bərpa edilir

Gürcüstanın paytaxtı Tbilisinin meriyası tramvay xətləri layihəsinin alınması və tikinti işlərinin həyata keçirilməsi üzrə tender elan edib.

Demokrat.az “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bu barədə məlumatı şəhərin meri Kaxa Kaladze açıqlayıb. 

Bildirilib ki, müasir tramvay xətləri Didi Diqomi ərazisi ilə “Didube” metro stansiyasını birləşdirəcək. Xəttin uzunluğu 7,5 kilometr təşkil edəcək və 11 dayanacaqdan ibarət olacaq.

Seçilən
37
5
demokrat.az

6Mənbələr