AZ

Tbilisidə tramvaylar bərpa edilir

Ajans.az “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bu barədə məlumatı şəhərin meri Kaxa Kaladze açıqlayıb.  Bildirilib ki, müasir tramvay xətləri Didi Diqomi ərazisi ilə “Didube” metro stansiyasını birləşdirəcək. Xəttin uzunluğu 7,5 kilometr təşkil edəcək və 11 dayanacaqdan ibarət olacaq. Qeyd edək ki, Tbilisidə ilk tramvay 1904-cü ildə istifadəyə verilib və 2006-cı ilə qədər nəqliyyatın bu növü ilə sərnişindaşıma həyata keçirilib.
Seçilən
36
5
Ajans.az

6Mənbələr