AZ

Bu ilin sonunadək Gəncə İnnovasiya Mərkəzi yaradılacaq

Bakı. Trend:

Cari ilin sonudadək Gəncə İnnovasiya Mərkəzinin yaradılması,həmçinin Naxçıvan Dövlət Universitetində də prototipləşdirməlaboratoriyasının təsis edilməsi nəzərdə tutulub.

Trend xəbərverir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müaviniSamir Məmmədov regionlarda həyata keçirilən innovasiya proqramınınyekun təqdimat günündə deyib.

O bildirib ki, məqsəd nəinki Bakıda, eləcə də regionlardastartap ekosisteminin güclənməsini infrastruktur, maliyyə, insankapitalı və texnoloji icma quruculuğu istiqamətlərindədəstəkləməkdir: "Regionlarda innovasiya fəaliyyətinin genişlənməsigənclər arasında innovativ sahibkarlıq bacarıqlarının inkişafetdirilməsinə və bunun da növbəsində hər regionun spesifikasındanasılı olaraq sosial-iqtisadi artımına səbəb olur. Bölgələrdəreallaşdırılan İnnostart, “4ü1arada” (dördü bir arada) və elektronticarətin inkişafına yönəlmiş “ecomX” kimi digər layihələrin təməlməqsədi məhz budur".

Nazir müavini qeyd edib ki, “ecomX” layihəsində Gəncə, Lənkəranvə Sumqayıt şəhərləri və ətraf ərazilərdən 500-dən çox vətəndaşiştirak edib: "Layihə çərçivəsində elektron ticarət haqqındamaariflənmə proqramı və inkubasiya proqramı keçirilib, 15 yenie-ticarət platformasının formalaşdırılmasına nail olunub. Proqramınyekununda həyata keçirilmiş “Demo Day” tədbirində 30 000 AZNdəyərində pul mükafatı layihələrin inkişaf etdirilməsi üçünkomandalara təqdim edilmişdir.

“4ü1arada” layihəsi çərçivəsində həyata keçirilən təlim vəmentorluq proqramında 32 startap layihəsinin formalaşmasına nailolunmuşdur ki, həmin startapların inkişafı Qubada və İsmayıllıdatəşkil edilmiş bootcamp-larda dəstəklənmişdir".

Seçilən
9
4
az.trend.az

5Mənbələr