“Bir Təbəssüm” Vətənpərvərliyin Təbliğinə Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Milli İrs və Hibrid Təsir” adlı layihəni uğurla həyata keçirmişdir.
"Cebheinfo.az" QHT.az-a istinadən xəbər verir ki, layihə çərçivəsində ümumilikdə 4 tədbir təşkil olunmuşdur ki, bunlardan ikisi Bakı şəhərində, biri Tərtər şəhərində, sonuncusu isə Ağdam rayonunda yekun vurulmuşdur.
Tədbirlərdə milli-mənəvi irsin qorunması, hibrid təsirlərə qarşı gənclərin maarifləndirilməsi və vətənpərvərlik ruhunun gücləndirilməsi məqsədilə geniş müzakirələr aparılmış, iştirakçılara mövzu üzrə zəruri bilik və bacarıqlar aşılanmışdır.
* Karyera Mütəxəssisi - Orxan Mahmudov
* Təlimçi - Sonaxanım Vəlixanova
* Psixoloq - Səbinə Bayramova
Bu tədbirlər iştirakçıların mövzu üzrə maariflənməsinə, milli dəyərlərin təbliği ilə yanaşı, hibrid təsirlərə qarşı immunitetin formalaşmasına və region gənclərinin ictimai fəallığının artmasına mühüm töhfə vermişdir.
"Cebheinfo.az"