RU

QHT-nin “Milli İrs və Hibrid Təsir” layihəsi başa çatdı - FOTOLAR

“Bir Təbəssüm” Vətənpərvərliyin Təbliğinə Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Milli İrs və Hibrid Təsir” adlı layihəni uğurla həyata keçirmişdir.

"Cebheinfo.az" QHT.az-a istinadən xəbər verir ki, layihə çərçivəsində ümumilikdə 4 tədbir təşkil olunmuşdur ki, bunlardan ikisi Bakı şəhərində, biri Tərtər şəhərində, sonuncusu isə Ağdam rayonunda yekun vurulmuşdur.

Tədbirlərdə milli-mənəvi irsin qorunması, hibrid təsirlərə qarşı gənclərin maarifləndirilməsi və vətənpərvərlik ruhunun gücləndirilməsi məqsədilə geniş müzakirələr aparılmış, iştirakçılara mövzu üzrə zəruri bilik və bacarıqlar aşılanmışdır.

* Karyera Mütəxəssisi - Orxan Mahmudov

* ⁠Təlimçi - Sonaxanım Vəlixanova

* ⁠Psixoloq - Səbinə Bayramova

Bu tədbirlər iştirakçıların mövzu üzrə maariflənməsinə, milli dəyərlərin təbliği ilə yanaşı, hibrid təsirlərə qarşı immunitetin formalaşmasına və region gənclərinin ictimai fəallığının artmasına mühüm töhfə vermişdir.

"Cebheinfo.az" 

Избранный
3
4
cebheinfo.az

5Источники