AZ

UEFA Çempionlar Liqası: Pley-off mərhələsinə start veriləcək

Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinə start veriləcək.
 
Moderator.az xəbər verir ki, ilk oyun günündə üç görüş keçiriləcək.
 
Azərbaycan təmsilçisi "Qarabağ" Macarıstanda "Ferentsvaroş" klubunun qonağı olacaq.
 
Eyni saatda digər iki oyun da baş tutacaq. Serbiyanın "Srvena Zvezda" klubu doğma meydanda Kiprin "Pafos" komandası ilə qarşılaşacaq. Digər görüşdə isə Şotlandiyanın "Reyncers" klubu Belçikanın "Brügge" komandası ilə üz-üzə gələcək.
 
Qeyd edək ki, görüşlər Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
 
Xatırladaq ki, komandalar arasında cavab matçı 27 avqustda keçiriləcək.
 
19 avqust
 
UEFA Çempionlar Liqası - Pley-off
 
Saat 23:00, "Ferentsvaroş" - "Qarabağ";
 
Saat 23:00, "Srvena Zvezda" - "Pafos";
 
Saat 23:00, "Reyncers" - "Brügge".
Seçilən
13
43
moderator.az

10Mənbələr