AZ

UEFA Çempionlar Liqası: "Qarabağ" bu gün "Ferentsvaroş"la qarşılaşacaq

Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinə start veriləcək.
 
Moderator.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ" ilk oyunda səfərdə Macarıstanın "Ferentsvaroş" klubunun qonağı olacaq.
 
Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
 
Qeyd edək ki, komandalar arasında cavab matçı avqust ayının 27-də Bakıda, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
 
19 avqust
 
UEFA Çempionlar Liqası - Pley-off
 
Saat 23:00 - "Ferentsvaroş" - "Qarabağ".
 
Seçilən
74
43
moderator.az

10Mənbələr