AZ

Yardımlıda heç kimin yaşamadığı cənnət kimi kənd – VİDEO

Yardımlı rayonunun Odurakəran kəndində sosial problemlər səbəbindən əhali kütləvi şəkildə köç etməyə məcbur qalır.
NOCOMMENT.az Bakupost.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan video görüntülərdə kəndin demək olar ki, tamamilə boşaldığı görünür. Əhalinin tərk etdiyi kənddə ağacların kəsilib, yandırıldığı da bildirilir. Məlumata görə, kənddə nə yol, nə qaz, nə də elektrik enerjisi var.
Əsas problemlərdən biri isə işsizlikdir. Kənddə yalnız yaşıllaşdırma və səhiyyə sahəsində iş yerləri mövcuddur ki, burada da cəmi 10-15 nəfər çalışır. Kənd məktəbində isə artıq nə müəllim, nə də şagird qalıb.
Sakinlər çıxış yolunu köçməkdə görür, nəticədə bir vaxtların toy-büsatlı, səs-küylü, cənnət kimi yurd yeri xəyalət kəndə çevrilir.
Ətraflı BTV-nin video materialında:
https://youtu.be/5a8iz4RiTVA
Seçilən
4
4
nocomment.az

10Mənbələr