AZ

Yardımlıda heç kimin yaşamadığı cənnət kimi kənd VİDEO

ain.az, Bakupost saytına istinadən bildirir.

Yardımlı rayonunun Odurakəran kəndində sosial problemlər səbəbindən əhali kütləvi şəkildə köç etməyə məcbur qalır.

Bakupost.az -ın məlumatına görə, sosial şəbəkələrdə yayılan video görüntülərdə kəndin demək olar ki, tamamilə boşaldığı görünür. Əhalinin tərk etdiyi kənddə ağacların kəsilib, yandırıldığı da bildirilir. Məlumata görə, kənddə nə yol, nə qaz, nə də elektrik enerjisi var.

Əsas problemlərdən biri isə işsizlikdir. Kənddə yalnız yaşıllaşdırma və səhiyyə sahəsində iş yerləri mövcuddur ki, burada da cəmi 10-15 nəfər çalışır. Kənd məktəbində isə artıq nə müəllim, nə də şagird qalıb.

Sakinlər çıxış yolunu köçməkdə görür, nəticədə bir vaxtların toy-büsatlı, səs-küylü, cənnət kimi yurd yeri xəyalət kəndə çevrilir.

Ətraflı BTV-nin video materialında:

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
9
www.bakupost.az

10Mənbələr