Tovuzda piyadaların ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qəza rayonun Aşağı Quşçu kəndində qeydə alınıb. Kənd sakini Ramal Mürşüdov idarə etdiyi avtomobillə yolu keçmək istəyən 75 yaşli Çeşməli kənd sakini Solmaz Əmraslanovanı vurub. Piyada aldığı ağır xəsarətlərdən elə hadisə yerində ölüb.
Digər ağır yol nəqliyyat hadisəsi isə rayonun Aşagi Öysüzlü kəndində qeydə alınıb. Mikroavtobus yolu qarşı tərəfə keçmək istəyən 50 yaşli Yuxarı Öysuzlu kənd sakini Elburus Qarayevi vurub. Piyada dərhal Tovuz rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərinin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Sumqayıt şəhərində də piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Qəzada dünyasını dəyişən kişi Sumqayıt şəhər sakini, Fikrət Sadıqovdur. Onun meyiti aidiyyatı üzrə təhvil verilib. Sürücü isə məsuliyyətə cəlb olunub.
Xaçmazda isə minik maşını idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. sürücü elvin əlimərdanov ağır xəsarət alıb. xilasedicilər tərəfindən xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan 26 yaşlı sürücü xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib. amma xəsarətlari ağır olan 26 yaşlı gəncin həyatını xilas etmək mümkün olmayıb. o, xəstəxanada dünyasını dəyişib. Fakt araşdırılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.