AZ

Karyakin əvvəl xəyanət etdi, sonra ölkəsini ələ saldı

Ukrayna məhkəməsi rusiyalı şahmatçı Sergey Karyakini qiyabi şəkildə 9 illiyə azadlıqdan məhrum edib. Bununla bağlı xəbəri Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) Çernovitsk vilayəti üzrə mətbuat xidməti yayıb. Çernovtsıdakı rayon məhkəməsi Karyakini əmlakı müsadirə olunmaqla 9 illik həbs cəzasına məhkum edib. O, Ukraynanın ərazi bütövlüyünü və dövlət sərhədlərini zorla pozmaq cəhdlərini maliyyətləşdirdiyinə görə belə cəzaya layiq görülüb.
UTX-nin yerli idarəsi sosial şəbəkədə ayrıca qeyd edib ki, Karyakin “teleqram”da kanal yaratmaqla Rusiya ordusu üçün ianə toplayıb. Məşhur qrossmeyster bu yolla bir neçə il ərzində yüzmilyonlarla rubl toplayıb, həmin vəsait pilotsuz uçuş aparatlarına, teplovizorlara, silah-sursata və başqa hərbi texnika vasitələrinə sərf olunub.
Karyakin isə Ukrayna məhkəməsinin qərarına reaksiya verib. Onun dediyinə görə, bu hökm Rusiya ordusu qarşısındakı xidmətlərinin etiraf olunmasıdı: “Haqqımda çıxarılan həbs qərarı Kiyev rejiminin absurd teatrıdı. Vətənimizi nasitrlərdən qoruyan Rusiya əsgərlərinə yardım edirəm. Krım Rusiyadı, onun xalqının iradəsini dəstəklədiyimə görə qürur duyuram. Kanalımın və “Xalq cəbhəsi”nun topladığı pulla uşaqlarımıza xüsusi hərbİ əməliyyatın hədəflərinə çatmaqda və evə sağlam qayıtmaqda kömək edirəm. Çernovtsıda çıxarılan kağız parçası mənim üçün düzgün hərəkət etməyin göstəricisidi. Vətənimi satmamışam və satmaram, əsl satqınlar isə Ukrayna rəhbərliyində yer alıb”.
Karyakinin 35 yaşı var, Simferopolda dünyaya gəlib və uzun müddət Ukrayna yığmasını təmsil edib. Sergey 2009-cu ildə idman vətəndaşlığını dəyişib, Rusiya təmsilçisi olub. 2014-cü ildə Krımın Rusiya silahlı qüvvələri tərəfindən işğalını açıq şəkildə dəstəkləyib, bundan üç il sonra Ukraynanın məlum siyahısına düşüb. Beynəlxalq Şahmat Federasiyası xüsusi hərbi əməliyyatı dəstəklədiyinə görə 2022-ci ildə Karyakini yarışlardan kənarlaşdırıb. Qrossmeyster 2025-ci ildə Avropa İttifaqının sanksiyasına məruz qalanlar sırasına da düşüb.

Seçilən
2
36
football-plus.az

10Mənbələr