AZ

Dırnaqlarınızı yoxlayın: gizli ürək və qaraciyər xəstəliklərinin əlamətləri ola bilər

Dırnaqlar sağlamlığın güzgüsüdür. Onların rəngi, forması və toxuması bəzən kosmetik problem deyil, orqanizmdə ciddi xəstəliklərin ilk siqnalı ola bilər.

E-saglam.az-ın məlumatına görə, dermatoloqlar deyir ki, dırnaqlardakı dəyişikliklər çox vaxt digər simptomlardan daha əvvəl görünür.

Əlamətlərə diqqət edin

Solğun və ya ağ dırnaqlar – anemiya, qaraciyər və ürək xəstəliklərinin göstəricisi ola bilər.

Sarı dırnaqlar – tiroid, diabet və hətta tənəffüs sistemi problemlərinə işarədir.

Üfüqi xətlər – yüksək hərarət, güclü stress və ya qida çatışmazlığından xəbər verir.

Qıvrılan dırnaqlar – ağciyər və ürək xəstəlikləri ilə bağlı ola bilər.

Kövrək, tez qırılan dırnaqlar – dəmir çatışmazlığı və tiroid problemlərinin əlamətidir.

Qara zolaqlar – nadir hallarda olsa da, dəri xərçənginin (melanoma) xəbərçisi ola bilər.

Dırnaqlarınıza necə qulluq etməli?

Onları təmiz və nəmli saxlayın, kimyəvi məhsullardan uzaq durun, balanslı qidalanın. Dəmir, sink, kalsium və vitaminlərlə zəngin qida qəbul etmək dırnaq sağlamlığı üçün əsas şərtdir.

Unutmayın: davamlı rəng dəyişikliyi, çatlama və ya qeyri-adi zolaqlar gördükdə həkimə müraciət edin. Dırnaqlar bədənin gizli xəstəlikləri barədə ilk xəbərdarlıqları verir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Seçilən
37
3
e-saglam.az

10Mənbələr