AZ

Paşinyan ABŞ də Azərbaycanla müqavilənin paraflanmasını dönüş nöqtəsi adlandırıb

Bakivaxti saytından alınan məlumata görə, ain.az bildirir.

 Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-də Azərbaycanla sülh müqaviləsinin paraflanmasını dönüş nöqtəsi adlandırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan lideri xalqa müraciətində bildirib.

Paşinyan xatırladıb ki, avqustun 8-də Vaşinqtonda keçirilən üçtərəfli sammitdən sonra Azərbaycan və Ermənistan iki mühüm sənəd imzalayıblar - birincisi, “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” Sazişi paraflayıblar, ikincisi, birgə bəyannamə qəbul ediblər.

“Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülh bərqərar oldu, əziz insanlar. Avqustun 8-dən biz fərqli Cənubi Qafqazda, yeni Ermənistanda yaşayırıq”, - Paşinyan bildirib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
50
bakivaxti.az

10Mənbələr