AZ

Ryabkov: Putin və Tramp görüşü münasibətlərin normallaşmasına təkan verə bilər

ain.az bildirir, Reyting.az saytına əsaslanaraq.

“Ümid edirik ki, sammit əsas məsələlərin həllinə, o cümlədən hava nəqliyyatının bərpasına kömək edəcək”.Reyting.az xəbər verir ki, bunu Rusiya Xarici işlər nazirinin müavini Sergey Ryabkov Rusiya və ABŞ prezidentlərinin gözlənilən görüşünü şərh edərkən deyib.Nazir müavini ümid edir ki, Putin-Tramp görüşü ölkələr arasında münasibətlərin normallaşmasına təkan verəcək. Qeyd edək ki, Rusiya və ABŞ liderləri Vladimir Putin və Donald Trampın görüşü avqustun 15-də Alyaskada baş tutacaq. Əsas mövzu Ukraynada sülhdür. Müzakirə ediləcək təkliflər arasında ərazilərin mübadiləsi və Kiyevin NATO-ya üzv olmaqdan imtinası ola bilər. Rusiya liderinin köməkçisi Yuri Uşakov bildirib ki, Trampa Rusiyaya səfər dəvəti də çatdırılıb.Y. QACAR

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
28
47
reyting.az

10Mənbələr