Rusiyanın Azərbaycanın maraqlarına hücum etməsi Ukrayna və Azərbaycan arasında əməkdaşlığın yeni səviyyəsinin əhəmiyyətini göstərir.
APA xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa deyib.
Sibiqa Rusiyanın hücumlarının məqsədyönlü şəkildə həyata keçirildiyini, bu hücumlara müvafiq olaraq diplomatik və qanuni cavab verməyin zəruri olduğunu bildirib.