AZ

Ukrayna Ali Radasının sədri azərbaycanlı həmkarı ilə telefon danışığı apardı

BAKI, 18 avqust. TELEQRAF

Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk Milli Məclisinin Sədri Sahibə Qafarova ilə telefon danışığı aparıb. Tərəflər aktual beynəlxalq hadisələri, xüsusən də Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan arasında birgə Bəyannamənin imzalanmasını müzakirə ediblər.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının Sədri Ruslan Stefançuk sosial şəbnəkə hesabında paylaşım edib.

Müzakirə zamanı oqeyd edib ki, birgə bəyənnamə Cənubi Qafqazda uzunmüddətli sülhə doğru mühüm bir addımdır.

Ruslan Stefançuk vurğulayıb ki, Ukrayna BMT Nizamnaməsinin, beynəlxalq hüququn, dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərinə əsaslanan təşəbbüsləri dəstəkləyir.

O söyləyib: “Ukraynanın iştirakı olmadan qəbul edilən istənilən qərar – sülhə qarşı qəbul edilən qərardır. Avropa dövlətinin gələcəyini Avropasız və Ukraynasız müzakirə etmək yolverilməzdir. Bizim mövqeyimiz ardıcıldır: Rusiya qətlləri dayandırmalı və atəşkəsə razılıq verməlidir”, – deyə Ruslan Stefançuk bildirib.

Ayrıca, Ali Radanın Sədri Rusiyanin azərbaycanlılara qarşı repressiyaları və Ukraynada SOCAR obyektlərinə hücumlarla bağlı Azərbaycana həmrəylik ifadə edib.

“Bu cinayətlər eyni təcavüz zəncirinin həlqələridir və biz onları qətiyyətlə pisləyirik”, - deyə Ruslan Stefançuk vurğulayıb.

Ali Radanın Sədri xanım Qafarovanı rəsmi səfər çərçivəsində Ukraynanı ziyarət etməyə və 23–24 noyabr tarixlərində Stokholmda keçiriləcək Krım Platformasının Dördüncü Parlament Sammitində iştirak etməyə dəvət edib.

Seçilən
56
5
teleqraf.com

10Mənbələr