AZ

Ukrayna ərazi itirilməsinə razılaşacaq? “Güzəştə gedilməməsi tərəfdarıyam”

Yenisabah saytına istinadən ain.az xəbər verir.

"Şübhəsiz, müəyyən narahatlıq yaşanır. Çünki Rusiyanın təcavüzü Ukraynada öz məqsədinə çatarsa, bunun digər istiqamətlərə, ölkələrə, o cümlədən Azərbaycan üçün də müəyyən təhdidlər yaradacağı aydındır”.

Bu sözləri "Yeni Sabah"a siyasətçi Pənah Hüseyn deyib.

O vurğulayıb ki, Rusiyanın Ukraynaya qarşı təcavüzü hazırki vəziyyətdə fərqli məcraya doğru yönələ bilər: pizza

"Bütün dünyada narahatlıq var ki, hazırda Rusiyanın Ukraynaya qarşı təcavüzü Qərbin bəzi dairələri, konkret Rusiya və ABŞ admnistrasiyaları indi olduğundan fərqli bir istiqamətə yönələ bilər və bu, dünyada ümumi təhlükəsizliyə təsir edəcək. Bu baxımdan, Ukraynanın ərazi bütövlüyünün və onun suverenliyinin tam şəkildə qorunmasının və bu məsələdə güzəştə gedilməməsinin tərəfdarıyam.

Ukrayna prezidenti ilə yanaşı bir sıra Avropa ölkələrinin dövlət başçılarının Vaşinqtonda olması gözlənilir. Şübhəsiz, müəyyən narahatlıq yaşanır. Çünki Rusiyanın təcavüzü Ukraynada öz məqsədinə çatarsa, bunun digər istiqamətlərə, ölkələrə, o cümlədən Azərbaycan üçün də müəyyən təhdidlər yaradacağı aydındır”.

xatırlatma: Ukrayna prezidenti Vladimir Zelenski Donald Trampla görüşmək üçün Vaşinqtona səfər edib. Bununla bərabər, ABŞ prezidenti ilə Avropa liderləri arasında çoxtərəfli görüş planlaşdırılıb. Ağ Ev rəhbəri ilə görüşə Fransa prezidenti Emmanuel Makron, İngiltərə baş naziri Keir Starmer, Almaniya kansleri Fridrix Merz və İtaliyanın baş naziri Giorgia Meloni də gedəcək. Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen də iclasda iştirak etmək planlarını açıqlayıb.

Nazim Hacıyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
50
yenisabah.az

10Mənbələr