AZ

Kinqsli Koman "Əl Nasr" komandasına transfer olub

Səudiyyə Ərəbistanının Birinci Liqa komandası "Əl Nasr" "Bavariya"dan 29 yaşlı fransız sol cinah oyunçusu Kinqsli Komanı transfer etdiyini açıqlayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, klub bu barədə açıqlama yayıb.

Açıqlamada bildirilib ki, oyunçu "Bavariya" klubundan 25 milyon avro qarşılığında transfer edilib.

Fransız futbolçu ötən mövsüm alman klubunun heyətində bütün turnirlərdə 45 oyuna çıxıb və 9 qol vurub.

Fərid

MİA.AZ

Seçilən
8
16
mia.az

10Mənbələr