AZ

“Əl-Nəsr” Kinqsli Komanı transfer etdi

“Əl-Nəsr” klubu “Bavariya”nın hücumçusu Kinqsli Komanla müqavilə imzalayıb.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, fransalı futbolçunun sazişi 2028-ci ilədək qüvvədə olacaq.

 Səudiyyə Ərəbistanı klubu 29 yaşlı futbolçu üçün 30 milyon avro ödəyib.

Hücumçu 2015-ci ilin yayında “Bavariya”ya “Yuventus”dan icarə əsasında keçmiş, 2017-ci ildə isə Münhen klubuna daimi transfer olunmuşdu. Bu müddət ərzində Koman bütün turnirlərdə 339 oyuna çıxıb, 72 qol vurub və 71 məhsuldar ötürmə edib. Transfermarkt portalına görə, futbolçunun bazar qiyməti 30 milyon avro qiymətləndirilir.

Seçilən
55
35
90deqiqe.az

10Mənbələr