AZ

Şaraadan birlik mesajı: Qan tökməklə yox, dialoqla həll edək

Suriyada sabitlik üçün səylər davam etsə də, Dəməşq hökuməti Süveyda bölgəsi və PKK/YPG problemləri ilə üz-üzədir.

Publika.az xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən Suriya prezidenti Əhməd əş-Şaraa ölkənin birliyi uğrunda “qan yox, dialoq” çağırışı edib.

“Suriyanın birliyi üçün mübarizə davam edir, amma bu müharibəni silahla aparmaq olmaz. Suriya artıq müharibədən yorulub, problemlər ancaq anlaşma yolu ilə həll edilə bilər”, - deyə prezident söyləyib.

Şaraa İsraili də Süveyda böhranına müdaxilədə günahlandıraraq, ölkəni zəiflətməyə çalışdığını deyib. Martda imzalanan SDQ ilə inteqrasiya razılaşmasına toxunan Şaraa bunu tarixi addım adlandırsa da, SDQ-nin ziddiyyətli mövqe sərgilədiyini vurğulayıb.

Seçilən
0
2
publika.az

10Mənbələr