AZ

Bu ölkələr üçtərəfli görüş keçirəcək

İordaniya Suriyanın yenidən qurulmasına dəstək yollarını müzakirə etmək üçün çərşənbə axşamı Suriya və ABŞ rəsmiləri ilə görüş keçirəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Əl-Cəzirə" telekanalı məlumat yayıb.

Qeyd edilib ki, Dəməşq müharibədən zərər çəkmiş iqtisadiyyatını dirçəltmək üçün beynəlxalq şirkətlərlə investisiya müqavilələri axtarır.

Görüşdə Suriya xarici işlər naziri Əsəd Əl-Şaibani və ABŞ-nin Suriya üzrə nümayəndəsi Tomas Barakın iştirakı gözlənilir.

Qeyd edək ki, Suriya iqtisadiyyatı təxminən 14 illik müharibədən Bəşər Əsədin dekabrda devrilməsindən sonra hələ də ağır vəziyyətdədir.

Seçilən
38
3
bakivaxti.az

6Mənbələr