AZ

Zelenski: “Krımdan imtina etməyə dəyməzdi”

ABŞ prezidenti Donald Trampın Krımla bağlı iddialardan əl çəkməyə çağırışından sonra Vladimir Zelenski mövzuya münasibət bildirib.

Doğru.az xəbər verir ki, Ukrayna lideri Telegram kanalında qeyri-müəyyən şəkildə “2014-cü ildə Krımı tərk etməməliydik” deyə şikayətlənib.

Zelenski qeyd edib ki, “o zaman Krımdan imtina etməyə dəyməzdi”. Lakin o, konkret plan təqdim etməyib. Bununla yanaşı, münaqişəni “tez və etibarlı şəkildə” bitirmək istədiyini vurğulayıb.

Xatırladaq ki, bir müddət əvvəl Donald Tramp “Sosial Həqiqət” şəbəkəsində Zelenskinin Krımdan və Ukraynanın NATO-ya üzvlüyündən imtina etməsi halında münaqişəyə “demək olar ki, dərhal” son verilə biləcəyini demişdi.

DOĞRU.AZ

Seçilən
33
50
dogru.az

10Mənbələr