AZ

Putin daha çox ərazi istəyir - Foto

Putin

“Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə müharibəni bitirmək üçün danışıqlarda iştirakını nümayiş etdirsə də, əslində ona cəbhədə fəth planlarını həyata keçirmək üçün daha çox vaxt lazımdır”.

Reyting.az
xəbər verir ki, bunu “RBC-Ukrayna”ya müsahibəsində Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski deyib.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin düşmənlə üz-üzə gəlməkdən başqa yolu yoxdur.

"Başqa yolumuz yoxdur, biz öz torpağımızı müdafiə etməliyik. Putin, daha doğrusu, vaxt udmaq istəmir - o, ərazini ələ keçirmək istəyir və bu, vaxt tələb edir. Və bu itkilərə baxmayaraq, onun itkiləri durmadan artır - hər kilometrin və hər mövqeyin ələ keçirilməsi hər dəfə ona getdikcə daha çox ölən və yaralananlar bahasına başa gəlir", - deyə Sırski bildirib.


A. Sırski

Ali baş komandan əlavə edib ki, rusların irəliləməsi xeyli səngiyib və itkiləri çox yüksəkdir. Ancaq ruslar israrla qarşılarına qoyduqları məqsədə çatmağa çalışırlar.

Onu da qeyd edək ki, UNIAN-ın yazdığına görə, müharibənin son 1010 günü ərzində Rusiya qoşunları Ukrayna ərazisinin 1 faizindən azını işğal edə bilib.

ELÇİN
Seçilən
31
50
reyting.az

10Mənbələr