Sumqayıt şəhərində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Bakues.az xəbər verir ki, hadisə şəhərin Koroğlu prospektində qeydə alınıb.
Sumqayıt şəhər sakini, 1962-ci il təvəllüdlü Sadıqov Fikrət Sədirxan oğlu idarə etdiyi “Mercedes” markalı avtomobillə piyadanı vurub.
Ağır xəsarət alan piyada xəstəxanaya yerləşdirilsə də, həkimlərin səylərinə baxmayaraq, həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.